“Nəsimi poeziyasında insan himni” kollektiv monoqrafiyası çapdan çıxıb
Bakı, 18 iyun, AZƏRTAC
İmadəddin Nəsiminin 650 illiyi münasibətilə Moskvada “Nəsimi poeziyasında insan himni (Şərq və Qərbin mənəvi və mədəni dəyərlərinin sintezi)” mövzusunda keçirilmiş konfransın materialları kitab şəklində çap olunub. Monoqrafiyada AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli ilə yanaşı, institutun digər əməkdaşlarının da məqalələri yer alıb.
Bu barədə AZƏRTAC-a Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, həmin məqalələrin müəllifləri Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri Fəridə Əzizova, Ortaq başlanğıc və intibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri İmamverdi Həmidov, institutun direktor müavini Aygün Bağırlı və filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoydur.
Kollektiv monoqrafiyada Azərbaycanla yanaşı, Rusiya, Qazaxıstan, Özbəkistan, Tacikistan, Ukrayna, Polşa, İngiltərə, Avstriya, Finlandiya alimlərinin də Nəsimi haqqında tədqiqatları yer alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:40]
Azərbaycanlı alimlərin Pekində çinli tələbələrlə görüşü olub
- 16.10.2026 [14:09]
Aşıq Nəcəfin yaradıcılığı Qərbi Azərbaycanın mədəni yaddaşı kontekstində
- 16.10.2026 [14:06]
Əcnəbi tələbələr BDU-nun tarixi və fəaliyyəti ilə tanış olublar
- 16.10.2026 [11:38]
ADU beynəlxalq əlaqələrin inkişafına xüsusi önəm verir
- 16.10.2026 [11:31]