Nəsimi rayonunda qanvermə aksiyası keçirilib
Bakı, 3 iyul, AZƏRTAC
İrsi və qan xəstəliyi olanlara kömək məqsədilə paytaxtın Nəsimi rayonunda qanvermə aksiyası keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, qanvermə aksiyasında rayon icra hakimiyyəti başçısı Aparatının və struktur sahələrinin kollektivləri fəal iştirak ediblər.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim briqadası bu xeyirxah kampaniyaya qoşulanları lazımi müayinədən keçirdikdən sonra qanvermə aksiyası həyata keçirilib. Qanvermə aksiyasında 100-dən çox əməkdaş iştirak edib.