Netanyahu ABŞ-a Yaxın Şərqdə NATO-ya bənzər təşkilat yaratmağı təklif edib
Vaşinqton, 25 iyul, AZƏRTAC
ABŞ-da səfərdə olan İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-a Yaxın Şərqdə NATO-ya bənzər təşkilat yaratmağı təklif edib. AZƏRTAC-ın məlumatına görə, Konqresdə çıxışı zamanı o bildirib ki, ABŞ və İsrail Yaxın Şərqdə təhlükəsizlik alyansı yarada bilər.
“İsraillə sülh içində olan və gələcəkdə sülh içində olacaq bütün ölkələr bu alyansa dəvət olunacaqlar”,- deyə İsrailin Baş naziri qeyd edib.
B.Netanyahu yeni alyansı 2020-2021-ci ildə İsrailin bir sıra ölkələrlə imzaladığı “Avraam sazişi”nə uyğun olaraq “Avraam Alyansı” adlandırmağı təklif edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:56]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:26]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]