Neymar UEFA Çempionlar Liqasının səkkizdəbir finalında meydana çıxmaya bilər
Bakı, 24 yanvar, AZƏRTAC
“Paris Sen-Jermen” klubunun braziliyalı hücumçusu Neymar komandasının UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsi çərçivəsində fevralın 12-də “Mançester Yunayted” ilə görüşündə meydana çıxmaya bilər.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, buna səbəb 26 yaşlı hücumçunun Fransa kuboku uğrunda turnirin onaltıdabir final mərhələsində parislilərin “Strasburq”a qalib gəldiyi (2:0) oyunda zədələnməsidir. Həkimlər Neymarın azı 20 gün forma geyə bilməyəcəyini bildirirlər.
Bu itki komandanın baş məşqçisi Tomas Tüxeli ciddi narahat edib. Almaniyalı 45 yaşlı mütəxəssis bu barədə deyib: “Aparılan ilkin müayinələr zamanı Neymarın sağ ayağının sümüyü zədələnib. Həkimlərimiz Neymarın sağalması üçün əllərindən gələni edəcəklər”.
Xatırladaq ki, hücumçu cari mövsümdə “Paris Sen-Jermen”in heyətində 23 oyunda 20 qol vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]