NİCAT MƏMMƏDOV NÖVBƏTİ TURDA SERBİYA ŞAHMATÇISINA QALİB GƏLMİŞDİR
Bakı, 7 avqust (AZƏRTAC). Yunanıstanda keçirilən “Kavala 2009” 18-ci beynəlxalq şahmat turnirində 7 tur oynanılmışdır.
Bu turda serbiyalı Dejan Anticlə mübarizədən qalib ayrılan Azərbaycan qrossmeysteri Nicat Məmmədov hazırda 5 xalla 17-ci yeri tutur.
Türkan Məmmədyarova (3 xal) 96-cı, Zeynəb Məmmədyarova isə (2 xal) 141-ci yerdə qərarlaşmışdır.
Turnir cədvəlinə hər biri 6 xal toplamış lyuksemburqlu David Alberto və hindistanlı Çanda Sandipan başçılıq edirlər.
İsveçrə sistemi üzrə keçirilən yarışda160 şahmatçı iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]