Niderland parlamentinə Xocalı soyqırımı ilə bağlı petisiya təqdim edilib
Bakı, 26 fevral, AZƏRTAC
“Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar ölkədə fəaliyyət göstərən bütün siyasi institut və təşkilatlara, eləcə də Niderland parlamentinin xarici işlər üzrə komissiyasının rəhbəri xanım A.Eijsink və qurumun digər üzvlərinə petisiya ilə müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Niderlandda yaşayan azərbaycanlıların və türklərin imzaladığı bu petisiya, həmçinin BMT, ATƏT, Avropa Şurası, Beynəlxalq Ombudsman qurumu və digər təşkilatların üzvlərinə, həmçinin Azərbaycanın xaricdəki səfirliklərinə göndərilib.
Petisiyada qeyd olunur ki, Xocalı soyqırımı, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti insan haqları və azadlıqlarının kütləvi şəkildə pozulmasının bariz nümunəsidir. Petisiyada Xocalı soyqırımına görə Ermənistanın heç bir beynəlxalq səviyyəli təşkilatlar tərəfindən məsuliyyətə cəlb edilməməsi təəssüflə qeyd olunur.
Müraciətdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımı, eləcə də Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verilir.
Petisiyada bildirilir ki, beynəlxalq hüquqa görə soyqırımı sülhə və insanlığa qarşı törədilən cinayət kimi qiymətləndirilir. Qeyd olunur ki, Xocalı faciəsinin əvvəlcədən planlaşdırılması, etnik təmizləmə siyasətinə əsaslanması bu cinayətin beynəlxalq normalara görə soyqırımı olduğunu bir daha təsdiqləyir.
Petisiya müəllifləri dünya ictimaiyyətini Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş vandalizm və zorakılıq cinayətlərini soyqırımı kimi tanımağa çağırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]