Nigeriyada patrul avtomobillərinə hücum nəticəsində 11 nəfər öldürülüb
Qahirə, 23 sentyabr, AZƏRTAC
Nigeriyanın cənub-şərqində yerləşən Benue vilayətinin Ago qəsəbəsində iki patrul avtomobilinə hücum nəticəsində 11 təhlükəsizlik əməkdaşı həlak olub.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, silahlı çobanların və yerli silahlı dəstələrin hücumun təşkilində əli olduğu ehtimal edilir. Silahlılar patrula məxsus iki nəqliyyat vasitəsini yandırıblar.
Qeyd edək ki, Nigeriyanın bu vilayəti vaxtaşırı silahlıların hücumlarına məruz qalır. İyunda baş vermiş basqınlar nəticəsində azı 500 min nəfər evlərindən didərgin düşüb.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:14]
Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır
- 01.10.2026 [16:44]
Fransada lisey şagirdlərinin aksiyaları genişlənir: 625 nəfər saxlanılıb
- 01.10.2026 [16:11]
Tailandda şiddətli yağışlar 3 milyondan çox insana ziyan vurub
- 01.10.2026 [15:44]