Nikol Paşinyan: Mən hakimiyyətdə olmasaydım, Ermənistan əyalətə çevriləcəkdi
Tbilisi, 12 iyun, AZƏRTAC
Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 12-də parlamentdəki çıxışı zamanı maraqlı açıqlamalar verib.
AZƏRTAC xəbər verir ki, o, ilk növbədə, ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmasına münasibət bildirərək deyib: “KTMT-dən çıxacağıq, geri qayıtmayacağıq”.
Baş nazir “Sən hakimiyyətdə olmasaydın, Ermənistan hansı dövlətin içərisində olacaqdı?” sualına da maraqlı cavab verib: “Mən hakimiyyətdə olmasaydım da, vəziyyət eyni olardı, yeganə fərq onda olacaqdı ki, Ermənistan 100 faiz bir əyalətə çevriləcəkdi”.
ATƏT-in Minsk qrupunun fəaliyyətinə toxunan N.Paşinyan deyib ki, 2022-ci ilin fevralından sonra qrup fəaliyyətini de-fakto dayandırıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]