Nikol Paşinyan yenidən hakim partiyanın sədri seçilib
Tbilisi, 21 sentyabr, AZƏRTAC
“Mülki Müqavilə” Partiyasının VII qurultayı başa çatıb. Sonda təşkilati məsələyə baxılıb və partiyanın İdarə Heyətinin sədri və üzvləri seçilib.
AZƏRTAC xəbər verir ki, səsvermənin ilkin nəticələrinə görə, baş nazir Nikol Paşinyan 758 səslə İdarə Heyətinin sədri seçilib. Elektron hesablamadan sonra bülletenlərin əl ilə hesablanması da aparılacaq.
Partiyanın İdarə Heyətinin yekun tərkibi hələlik açıqlanmayıb.
Paşinyan qeyd edib ki, namizədlərin apellyasiya şikayəti vermək üçün 24 saat vaxtı var, bundan sonra yekun nəticələr açıqlanacaq.
“Mülki Müqavilə” partiyasının İdarə Heyətində qadınların da sayının artırılacağı bildirilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [21:49]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]