“Nizami Gəncəvi yaradıcılığı: mənəvi dəyərlər və vətənpərvərlik” mövzusunda esse müsabiqəsi keçirilir
Bakı, 15 aprel, AZƏRTAC
Gənclər və İdman Nazirliyi tərəfindən aprel ayının 20-dən mayın 31-dək “Nizami Gəncəvi yaradıcılığı: mənəvi dəyərlər və vətənpərvərlik” mövzusunda onlayn esse müsabiqəsi keçirilir.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, müsabiqədə 14-29 yaşlı gənclər iştirak edə bilər.
İlkin mərhələdə müsabiqə iştirakçıları qeydiyyatdan keçərək aprelin 20-dən mayın 20-dək mövzuya və əsas şərtlərə uyğun yazdıqları esseləri təqdim etməlidirlər. Təqdim edilən esselərin seçimi mayın 21-dən 30-dək münsiflər heyəti tərəfindən aparılacaq, qalib və fərqlənənlər müəyyənləşəcək. Qeyd edək ki, yekun mərhələdə 10 iştirakçının seçimi nəzərdə tutulur.
Qaliblər Gənclər və İdman Nazirliyi tərəfindən diplom və pul mükafatları, digər 7 iştirakçı isə fəxri fərmanlarla mükafatlandırılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]