N.Nərimanov adına NQÇİ-nin yaşıllaşdırma sahələrinə baxış keçirilmişdir
Bakı, 18 aprel (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya İdarəsinin yaşıllaşdırma departamenti “Azneft” İstehsalat Birliyi ilə müqaviləyə əsasən, birliyin ayrı-ayrı neftqazçıxarma idarələrində monitorinq aparır.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu günlərdə departamentin mütəxəssisləri tərəfindən N.Nərimanov adına NQÇİ-nin əməkdaşları ilə birgə idarənin yaşıllaşdırma tədbirləri aparılmış sahələrinə baxış keçirilmişdir. Baxış zamanı yaşıllaşdırma sahələrində əkilmiş ağacların vəziyyəti qənaətbəxş hesab olunmuşdur. Ərazidə yaz suvarma işlərinin vaxtında aparılması və ağaclara aqrotexniki qulluq sahəsindəki işlər də müsbət qiymətləndirilmişdir.
Aparılmış müşahidələrin nəticəsinə əsasən Ekologiya İdarəsinin mütəxəssisləri meyvə ağaclarının çiçəklənmə dövründə suvarılmasını müvəqqəti olaraq 5-10 gün müddətinə dayandırmağı, xəstəlik aşkarlanan bəzi ağacların müvafiq preparatlar ilə dərmanlanmasını məsləhət görmüşlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]