Norveç parlamentinin binası bomba təhdidi səbəbindən bağlanıb
Bakı, 3 aprel, AZƏRTAC
“Storting” kimi tanınan Norveç parlamentinin binası bu gün bomba ilə əlaqədar iki təhdiddən sonra bağlanıb.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, təhdid dünən elektron poçt vasitəsilə edilib. Bu gün səhər saatlarında edilən növbəti xəbərdarlıq hüquq-mühafizə orqanlarının ciddi narahatlığına səbəb olub.
Polis iki təhdid arasında hər hansı əlaqəni müəyyənləşdirmək üçün aparılan araşdırmalar fonunda binaya bütün girişləri bağlayıb. Hazırda hüquq-mühafizə orqanlar ərazidə axtarışlar aparır.
Təhlükəsizlik tədbirləri parlament binası ətrafında nəqliyyatın hərəkətinə əhəmiyyətli dərəcədə təsir göstərib.
Norveçin ədliyyə naziri Emili Enqer Mehl vəziyyətdən narahatlığını ifadə edərək, parlamentə qarşı bomba təhdidlərini “xoşagəlməz və qəbuledilməz” adlandırıb. O, hakimiyyətin vəziyyəti effektiv idarə edə biləcəyinə inandığını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:56]
Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək
- 15.10.2026 [13:50]
Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]
BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq
- 15.10.2026 [11:45]