Norveçli atlet “EYOF 2019”un çoxnövçülük yarışının qalibi olub
Bakı, 23 iyul, AZƏRTAC
İyulun 23-də Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarında oğlanların arasında keçirilən çoxnövçülük növündə qaliblər müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, yarışda qızıl medala norveçli atlet Sander Skotheim sahib olub. Belçikalı Yente Hauttekete gümüş, almaniyalı Paul Kallenberq isə bürünc medala layiq görülüblər.