Nümunəvi heyvan bazarı layihəsinin 3D animasiyası
Bakı, 30 dekabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nümunəvi heyvan bazarı layihəsinin 3D animasiyası hazırlanıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, insan və heyvan sağlamlığının qorunması, əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi məqsədilə heyvan bazarları biotəhlükəsizlik tələblərinə uyğun şəkildə yenidən qurulur.
Linkə keçid edərək animasiya ilə tanış olmaq mümkündür.