“NURLAN”IN YENİ NƏŞRLƏRİ
“Nəzəri mexanika məsələlərinin kompüter tətbiqi ilə həlli”, Mayıl Zeynalovun “Heyvandarlıqda müasir yemləmə”, Sevindik Vəliyevin “Sinonimika təliminin elmi-metodik əsasları”, AMEA-nın müxbir üzvü, professor Afad Qurbanovun “Bədii mətnin linqvistik təhlili”, filologiya elmləri doktoru, professor Adil Babayevin “Dilçiliyə giriş”, filologiya elmləri doktoru, professor Türkan Əfəndiyevanın “Müasir Azərbaycan dilində felin keçmiş zaman formaları”, Elbəyi Maqsudovun “Poetik-praktik Azərbaycan dili”, Zərifə Zirvənin “Dil açır elementlər”, iqtisad elmləri doktoru, professor Əbülfəz Qasımovun “Aqrar-sənaye müəssisələrinin iqtisadiyyatı və idarə edilməsi” və s. kitablar çap edilmişdir.
Nəşriyyatın direktoru Nadir Məmmədlinin bildirdiyinə görə, hazırda Aleksandr Dümanın (ata) “Qafqaza səyahət” kitabının orijinaldan Azərbaycan dilinə ilk tərcüməsi üzərində hazırlıq işləri gedir və əsər yaxın zamanda işıq üzü görəcəkdir.