NURSULTAN NAZARBAYEV BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNƏ SƏFƏRİ BAŞA ÇATMIŞDIR
Qazaxıstan dövlətinin başçısı Nursultan Nazarbayevin BƏƏ-nin prezidenti şeyx Zaid bin Sultan Al Nəhyanla görüşündə iki dövlət arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilmişdir.
Söhbət zamanı vurğulanmışdır ki, Qazaxıstan onun iqtisadiyyatına yeni sərmayələr ayrılmasında, BƏƏ isə Qazaxıstandan taxıl, tikinti materialları, qara və əlvan metallar almaqda maraqlıdır.
Səfərin yekunları ilə bağlı müxtəlif sahələri əhatə edən 10-dan artıq sənəd imzalanmışdır.
Nursultan Nazarbayev səfər çərçivəsində “Qazaxıstanda investisiya imkanları” mövzusunda keçirilən forumda iştirak etmişdir.