Oğurluq etmiş Zaqatala sakini saxlanılmışdır
Bakı, 6 noyabr (AZƏRTAC). Zaqatala rayonunun Muxax kənd sakini Asif Məmmədova məxsus mağazadan geyim əşyaları oğurlanmışdır.
Rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən kənd sakini Arif Aslanov saxlanılmışdır.
Aparılmış araşdırmalar nəticəsində onun həmkəndliləri Yeganə Ramazanovanın və İlqar Budusovun evindən də oğurluq etdiyi, Fərhad Abdullayevə məxsus “QAZ-31” markalı avtomobildən isə oğurluğa cəhd göstərdiyi müəyyən edilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işi açılmışdır, araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]