Olaf Şolts: Aİ sammiti Kiyevə “açıq dəstək siqnalı” göndərməlidir
Bakı, 14 dekabr, AZƏRTAC
Avropa İttifaqının Brüssel sammitinin iştirakçıları Kiyevə davamlı dəstəyin açıq siqnalını verməlidir.
AZƏRTAC xəbər verir ki, Almaniya Kansleri Olaf Şolts bu barədə sammitdən öncə jurnalistlərə deyib.
Olaf Şolts Ukrayna üçün Avropa Sülh Fondunun Kiyevin Rusiyaya “müqavimətini davam etdirməsi” üçün əsas olduğunu qeyd edib. Onun sözlərinə görə, sammitdə Ukraynaya açıq dəstək siqnalı göndərmək vacibdir və bu siqnal Rusiya Prezidentinə də yönəldiləcək.
“Vladimir Putin anlamalıdır ki, Avropa İttifaqının və onun üzvlərinin Ukraynaya dəstək səylərinin zəifləyəcəyinə ümid edə bilməz”, - deyə Olaf Şolts vurğulayıb.
Qeyd edək ki, Avropa İttifaqı liderləri dekabrın 14-15-də Brüsseldə baş tutacaq görüşdə 2027-ci ilədək Kiyevə 50 milyard avro ayrılması məsələsi ətrafında müzakirə aparmalı və Ukraynanın ittifaqa daxil olması üçün danışıqlar barədə qərar qəbul etməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]