Olimpiada ərəfəsində fransız polisi 870 min təhqiqat aparıb
Bakı, 18 iyul, AZƏRTAC
Fransa polisi 870 min inzibati araşdırma aparıb, nəticədə Parisdə keçiriləcək Olimpiya Oyunlarına buraxılış demək olar ki, dörd min nəfərlə məhdudlaşdırılıb, - deyə ölkənin daxili işlər naziri Jerald Darmanen bildirib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Darmanen “X” sosial media platformasındakı səhifəsində yayımladığı videomaterialda jurnalistlərə bildirib: “Biz bu və ya digər şəkildə Olimpiya Oyunlarında iştirak edənlərə qarşı bir milyon inzibati araşdırma aparmalıyıq. Hazırda 870 min araşdırma aparılıb, ona görə də Olimpiya Oyunlarının ilk gününə qədər bir milyon təhqiqat aparmağa vaxtımız olacaq. Bu inzibati araşdırmalara əsaslanaraq, biz 3922 qadağa qoymuşuq”.
Onun sözlərinə görə, Olimpiya Oyunlarında təhlükəsizliyə təhdid ola biləcək şəxslərin siyahısına 131 nəfər - 18 radikal islamçı, o cümlədən 167 ifrat solçu və 80 ifrat sağçı fəal daxil edilib.
Olimpiya Oyunları Parisdə iyulun 26-dan avqustun 11-dək, Paralimpiya Oyunları isə avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]
BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər
- 23.09.2026 [10:12]