OLİMPİYA İDMAN KOMPLEKSİ TİKİLİR
Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə uyğun olaraq Salyanda Olimpiya İdman Kompleksinin tikintisinə başlanılmışdır. Podratçı təşkilat olan “Nurgün” inşaat firması qısa müddətdə kompleksin özülünü qoymuş, xeyli daş-hörgü işləri görmüşdür.
Firmadan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 10 hektar ərazini əhatə edəcək bu kompleksdə müasir idman sarayı, üzgüçülük hovuzları, voleybol, futbol, basketbol meydançaları, geniş xidmət şəbəkəsi, yeraltı kommunikasiyalar olacaqdır. Tikinti-quraşdırma işləri iki ilə başa çatdırılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:09]
Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- 06.10.2026 [16:20]
Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb
- 06.10.2026 [16:04]