Olimpiya Oyunlarının devizi rəsmi olaraq dəyişdirilib
Tokio, 20 iyul, AZƏRTAC
İyulun 20-də Beynəlxalq Olimpiya Komitəsinin Tokioda keçirilən 138-ci sessiyasında Olimpiya Oyunlarının rəsmi devizi dəyişdirilib. Yeni deviz sessiya iştirakçıları tərəfindən yekdil şəkildə qəbul edilib.
AZƏRTAC xəbər verir ki, bundan sonra Olimpiya Oyunlarının rəsmi devizi “Ən sürətli, ən yüksəyə, ən güclü - birlikdə!” (latın dilində: “Citius, altius, fortius — communis!”) kimi səslənəcək.
Xatırladaq ki, Olimpiya Oyunlarının rəsmi devizi əvvəllər “Ən sürətli, ən yüksəyə, ən güclü!” kimi səslənirdi. Həmin deviz 1894-cü ildə Birinci Olimpiya Konqresi tərəfindən təsdiq edilmişdi. Oyunların yeni devizinin müəllifi isə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Baxdır. BOK prezidenti bu təklifin qəbul olunmasını əlamətdar hadisə adlandırıb.
Qeyd edək ki, “Tokio-2020” Yay Olimpiya Oyunları 2021-ci il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]