OLİVER BİRHOF: QƏLƏBƏYƏ VƏ ÖZ GÜCÜMÜZƏ İNANIRIQ
Bakı, 11 avqust (AZƏRTAC). Futbol üzrə 2010-cu il dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi Almaniya komandasının baş məşqçi köməkçisi Oliver Birhof, futbolçular Mixael Ballak və Per Mertezaker bu gün mətbuat konfransı keçirmişlər.
Azərbaycanda ilk dəfə olduğunu bildirən məşqçi, ilk baxışdan ölkəmizin onda çox gözəl təəssürat bağışladığını vurğulamışdır. Sabah baş tutacaq Azərbaycan-Almaniya oyununa ciddi hazırlaşdığını qeyd edən Birhof, Klozenin oyunda iştirak edəcəyinə ümid etdiyini də söyləmişdir.
Alman mütəxəssisin sözlərinə görə, “Azərbaycan güclü rəqib olmasa da, biz bu oyuna ciddi hazırlaşmışıq. Bizə əsas qələbə lazımdır. Ona görə də sabahkı oyunda əsas heyət ilə çıxış edəcəyik. Oyunun çətin keçəcəyini düşünsək də, qələbəyə və öz gücümüzə inanırıq”.
Berti Foqtsdan qısa müddət ərzində nəsə tələb etmək olmaz, - söyləyən Mixayıl Ballak qeyd elədi ki, Almaniya futbolunda da 2000-ci illərdə zəiflik var idi. Sonradan biz investisiyanı uşaq futboluna qoyduq və bəhrəsini 2008-2009-cu ildə gördük. Sizə də bunu məsləhət görərdik.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]