OLJAS SÜLEYMENOV “OTAN” ORDENİ İLƏ TƏLTİF OLUNMUŞDUR
Mükafatı Oljas Süleymenova təqdim etdikdən sonra Prezident Nursultan Nazarbayev demişdir: “Oljas Omaroviçin xidmətlərindən biri də budur ki, xalqımıza çoxsaylı bədbəxtliklər gətirmiş Semipalatinsk nüvə poliqonunun bağlanmasında onun rəhbərlik etdiyi “Nevada-Semipalatinsk” ictimai hərəkatının çox böyük rolu olmuşdur. Bu hərəkatın Moskvaya təzyiqi olmasaydı, mən 15 il əvvəl bu poliqonunun bağlanması haqqında fərman imzalaya bilməzdim”.
Oljas Süleymenov mükafata görə təşəkkür edərək bildirmişdir ki, Qazaxıstan dünyada yeganə ölkədir ki, Prezidentin fərmanı ilə nüvə poliqonunu bağlamışdır. Qəbul edilmiş bəyannamədə isə göstərilir ki, Qazaxıstan kütləvi qırğın silahını nə istehsal edəcək, nə sınaqlarını keçirəcək, nə də öz ərazisində saxlayacaqdır. Zənnimcə, bu, bizim çox böyük qələbəmiz idi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [14:25]
“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər
- 12.10.2026 [13:18]
Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər
- 12.10.2026 [13:08]
Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb
- 12.10.2026 [12:57]