Ölkə ərazisində sabit hava şəraiti davam edəcək
Bakı, 27 iyul, AZƏRTAC
Ölkə ərazisində iyulun 28-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 25-28°, gündüz 32-37° isti, Bakıda gecə 26-28°, gündüz 35-37° isti olacağı ehtimal edilir.
Atmosfer təzyiqi normadan aşağı - 756 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-45 faiz təşkil edəcək.
Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada dəniz suyunun temperaturu 27-28°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda isə 28-29° isti olacaq. Şimal-şərq küləyi əsəcək.
Mülayim şimal-şərq küləyinin əsməsi və zəif dalğalanma çimərliklərdə əlverişli şərait yaradacaq.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, iyulun 28-29-da Abşeron yarımadasında arabir durğun və bürkülü hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 22-27°, gündüz 35-40° isti, dağlarda gecə 15-20°, gündüz 23-28° isti olacağı bildirilir.
Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 22-27°, gündüz 36-41° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava yağmursuz keçəcək.
Şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 15-20°, gündüz 23-28° isti olacağı ehtimal edilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 20-25°, gündüz 33-38° isti olacağı proqnozlaşdırılır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 20-25°, gündüz 31-36° isti, dağlarda gecə 13-18°, gündüz 25-30° isti olacağı bildirilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-27°, gündüz 35-40° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 25-27°, gündüz 31-36° isti, dağlarda gecə 18-23°, gündüz 28-33° isti olacağı gözlənilir.