ÖLKƏ FUTBOL ÇEMPİONATININ BİRİNCİ DÖVRƏSİ BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, 13-cü turun son 3 oyunu ilə ölkə futbol çempionatında birinci dövrəyə yekun vurulmuşdur.
Turun gözlənilməz hesabı Qəbələdə qeydə alınmışdır. Bakının “İnter” klubunu qəbul edən “Qəbələ” komandası rəqibinə 2:1 hesabı ilə qalib gəlmişdir. “Bakı” səfərdə “Turan”ı 2:0, “Xəzər-Lənkəran” isə doğma meydanda “Simurq”u 2:1 hesabı ilə məğlub etmişdir.
Əvvəlki 4 oyunda isə aşağıdakı nəticələr qeydə alınmışdı: “Qarabağ” - “Olimpik” - 0:1, “Gənclərbirliyi” - “Standard” - 1:5, “ABN-Bərdə” - “Neftçi” - 0:2, “Karvan” - “Masallı” - 0:1.
“Olimpik” 33 xalla dövrəni lider kimi başa vurmuşdur. “Xəzər - Lənkəran” (28 xal) ikinci, “Neftçi” (27 xal) isə üçüncü pillədə qərarlaşmışlar.
Çempionatın ikinci dövrəsi fevralın 16-da start götürəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]