ÖLKƏ VƏTƏNDAŞLARI PREZİDENT İLHAM ƏLİYEVİN DANIŞIQLARDA AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜ MƏSƏLƏSİNDƏ GÜZƏŞTƏ GETMƏYƏCƏYİNƏ İNANIR
Sorğuda iştirak edən 628 nəfərin böyük əksəriyyəti münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduqlarını bildirmişlər. Rəyi soruşulanların hamısı Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə və ya onun müstəqilliyinin tanınmasına razı olmadıqlarını qeyd etmişlər. Respondentlərin 47,8 faizi münaqişənin sülh yolu ilə, 38,2 faizi isə hərbi yolla həllinə tərəfdar olduğunu bildirmişdir.
Sorğuda iştirak edənlərin 81,2 faizi Prezident İlham Əliyevin danışıqlarda Azərbaycanın ərazi bütövlüyü məsələsində güzəştə getməyəcəyinə inandığını ifadə etmişdir.
Bundan əlavə, rəyi soruşulanların 33,9 faizi bölgədə yerləşdiriləcək sülhməramlı qüvvələrin tərkibinin Türkiyə, 17,1 faizi NATO, 7,5 faizi ATƏT-in Minsk qrupu həmsədr ölkələri, 1,9 faizi MDB, 1,3 faizi isə Ukrayna hərbçilərindən ibarət olmasını istədiklərini bildirmişlər.