Ölkədə avtomobil benzini və dizelin istehsalı azalıb
Bakı, 16 mart, AZƏRTAC
Yanvar-fevral aylarında Azərbaycanda 356,3 min ton dizel yanacağı, 148,9 min ton avtomobil benzini, 76,3 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 65,3 min ton ağ neft, 4,1 min ton yanacaq mazutu, 5,2 min ton sürtkü yağları, 23,3 min ton neft bitumu və 41,8 min ton neft koksu istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, iki ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 504,6 milyon manat olmaqla 2019-cu ilin eyni ayları ilə müqayisədə 17,9 faiz azalıb.
Neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 73 faiz, neft koksunun istehsalı isə 5,8 faiz artıb.
Sürtkü yağlarının istehsalı 1,9 faiz, dizel yanacağının istehsalı 4,2 faiz, neft bitumunun istehsalı 22,8 faiz, ağ neftin istehsalı 34,8 faiz, avtomobil benzininin istehsalı 35,3 faiz, yanacaq mazutunun istehsalı 79,4 faiz azalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]