ÖLKƏMİZDƏ TƏBİİ QAZ HASİLATI ARTACAQ
Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, dənizdə neft və qazçıxarmanın təməlini qoyan “Azərneft” İstehsalat Birliyinin “Xəzərdənizneftqaztikinti” trestinin kollektivi əhalinin “mavi yanacaq”la təminatı işinə mühüm töhfələr verir. Hazırda inşaatçılar “Günəşli” yatağındakı özüllərarası 26 kilometrlik sualtı qaz xətlərinin inşasını sürətlə davam etdirirlər. Tikintinin əvvəlindən 7 kilometr uzunluğunda boru qaynaq edilmiş, onun 2,8 kilometrlik hissəsi sərbəst batırılma üsulu ilə nəql olunmuş və bu işlərə 869,1 min manat vəsait xərclənmişdir. Tikinti-quraşdırma işlərinin isə gələn il başa çatdırılması nəzərdə tutulmuşdur. “Günəşli” yatağındakı 4 saylı dərin dəniz özülündən Neft daşlarınadək 21 kilometrlik kəmərin tikintisi davam etdirilir. Belə ki, ötən müddətdə “Süleyman Vəzirov” borudüzən gəmisi vasitəsilə 8,7 kilometrlik qaz kəməri çəkilmiş, separasiya bloku quraşdırılmışdır. Obyektdə 2 milyon 411,6 min manat dəyərində tikinti işləri görülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [18:33]
Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir
- 16.10.2026 [18:20]
Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib
- 16.10.2026 [18:13]
Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir
- 16.10.2026 [17:12]