OMBUDSMAN APARATINDA BEYNƏLXALQ ANA DİLİ GÜNÜ MÜNASİBƏTİLƏ DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova qeyd etmişdir ki, bu gün Azərbaycan dövləti əsas vəzifələrindən biri kimi, ana dilimizin tətbiqinin, qorunması və inkişafının qayğısına qalır. Ölkəmizdə Azərbaycan dilinin dövlət dili kimi işlədilməsinin onun suverenliyinin əsas şərtlərindən biri olduğunu söyləyən ombudsman ümummilli liderimiz Heydər Əliyevin dilimizin inkişafı və tətbiqi imkanlarının genişləndirilməsindəki misilsiz xidmətlərini vurğulamışdır.
Tədbirdə “Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dilidir”, “Azərbaycan dili və milli mənəvi dəyərlərimiz”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun və onun icrası ilə əlaqədar qarşıda duran vəzifələr” mövzularında məruzələr dinlənilmişdir.
Dəyirmi masa iştirakçılarına Ombudsman təsisatında hazırlanmış İngiliscə-rusca-azərbaycanca hüquq lüğəti təqdim edilmişdir.