OMBUDSMAN AVROPA ŞURASININ EKSPERTLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Elmira Süleymanova qabaqcıl Avropa ölkələri ilə müqayisədə Azərbaycanda yeni yaranmış Ombudsman təsisatının fəaliyyət istiqamətləri barədə məlumat vermiş, dini azadlığın təmin edilməsi məqsədi ilə bir sıra tədbirlərin görüldüyünü, uşaq və gənclərə dini dözümlülüyü aşılamaqdan ötrü “Dinlər uşaqlar üçün” beynəlxalq şəbəkəsi ilə müntəzəm əlaqə saxladığını qonaqların diqqətinə çatdırmışdır.
AŞ ekspertləri ölkəmizin Avropa Şurasının bərabərhüquqlu üzvü kimi öz üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə yetirdiyini və ombudsmanın bu prosesdə öz səlahiyyətləri çərcivəsində iştirakını təqdir etmişlər.