OMBUDSMAN BUDAPEŞT KONFRANSINDAN QAYITMIŞDIR
Ombudsman aparatından AZƏRTAC-a bildirmişlər ki, bu mötəbər məclisdə “Milli azlıqların müdafiəsində ombudsmanın rolu” mövzusu müzakirə olunmuşdur. Konfransı Macarıstan parlamentinin vitse-prezidenti Ferens Vekler açmış, ölkənin insan hüquqları üzrə müvəkkili Barnabas Lenkoviç təsisatın on il ərzində fəaliyyəti haqqında məruzə ilə çıxış etmişdir.
Azərbaycan ombudsmanı Elmira Süleymanovanın məruzəsinin mətni konfrans iştirakçılarına paylanmışdır. Məruzədə Azərbaycana qarşı uzunmüddətli erməni təcavüzü, ölkəyə və onun əhalisinə vurulmuş maddi və mənəvi ziyan, torpaqlarımızın 20 faizinin zəbt olunması, əhalinin bir milyon nəfərinin qaçqına və məcburi köçkünə çevrilməsi, onların əsas insan hüquqlarının kütləvi şəkildə pozulması, son illərdə ölkədə insan hüquqlarının təmin olunmasının təkmilləşdirilməsi, ombudsman təsisatının yaradılması və fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.