OMBUDSMAN GƏNCƏDƏ SEÇKİLƏRLƏ BAĞLI REGİONAL SEMİNAR-MÜŞAVİRƏ KEÇİRMİŞDİR
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müvəkkil seçkilərin hər bir dövlətin ictimai-siyasi həyatında böyük əhəmiyyət kəsb etdiyini bildirmiş, seçki hüququnun təmin olunması, azad və şəffaf seçkilərin keçirilməsi istiqamətində dövlət orqanlarının vəzifələri barədə məlumat vermişdir. O, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının seçki prosesinə müdaxilə etməsinin yolverilməzliyini bildirmiş, namizədlər, müşahidəçilər, KİV nümayəndələri üçün bərabər imkanlar yaradılmasının, təşviqat kampaniyalarının qanunauyğun aparılmasının zəruriliyini nəzərə çarpdırmışdır.
Seminar-müşavirədə seçkilərin təşkilinə, ictimai asayişin mühafizəsinə, polis orqanlarının seçkilərlə bağlı vəzifə və səlahiyyətlərinə dair çıxışlar olmuşdur.
Müşavirədə mövzu ətrafında müzakirələr aparılmış, rayon dairə və məntəqə seçki komissiyalarının sədrləri, icra hakimiyyəti, bələdiyyə və polis orqanlarının nümayəndələri seçkilərə hazırlığın vəziyyəti barədə məlumat vermişlər.
Müvəkkil səfər çərçivəsində Gəncə Şəhər Polis İdarəsində olmuş, habelə Kürdəmir və Goranboy rayonları polis şöbələrinin müvəqqəti saxlama təcridxanalarına baxış keçirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]