OMBUDSMAN QADIN MƏHBUSLARLA GÖRÜŞMÜŞDÜR
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova 4 nömrəli cəzaçəkmə müəssisəsində körpəsi olan və azyaşlı övladları uşaq evində saxlanılan qadın məhbuslarla görüşmüşdür.
Ombudsman aparatından AZƏRTAC-a bildirmişlər ki, məhbuslara övladlarının yaxşı şəraitdə saxlanıldığı və tərbiyə alması barədə məlumat verilmiş, onlara gələcəkdə də dayaq durulacağı bildirilmişdir. Elmira Süleymanova uşaq tərbiyə müəssisəsinə baş çəkdiyini, oradakı 150 uşağa Yeni il hədiyyəsi verildiyini və onlar üçün bayram süfrəsi açıldığını da xatırlatmışdır.
Uşaqlar cəzaçəkmə müəssisəsinə gətirilmiş, anaları ilə görüş təşkil olunmuşdur. Məhbuslar ombudsmana minnətdarlıqlarını bildirmişlər.