ON BEŞİNCİ ƏNƏNƏVİ SPARTAKİADAYA START VERİLƏCƏKDİR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, sentyabrın 10-da neft və qaz sənayesi işçilərinin ənənəvi XV Spartakiadasının rəsmi açılışı olacaqdır.
Sentyabrın 16-dək davam edəcək tədbir Azərbaycan neftçilərinin peşə bayramı - Neftçilər gününə həsr edilmişdir. Yarışlar Suraxanı rayonunda yerləşən Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində keçiriləcəkdir. Açılış mərasimində ARDNŞ rəhbərliyinin iştirakı gözlənilir.
Bu ilki Spartakiadada neftçilər 12 idman növündə öz qüvvə və bacarıqlarını nümayiş etdirəcəklər. İdmanın atletika, mini-futbol, voleybol, stolüstü tennis, üzgüçülük, şahmat, dama və digər növləri üzrə keçiriləcək yarışlarda qadınlar və kişilər iştirak edəcəklər. Spartakiadanın açılış mərasimində Sosial İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərən mədəniyyət saraylarının bədii kollektivləri idmançılar qarşısında çıxış edəcəklər.
Spartakiadanın qaliblərinin ARDNŞ tərəfindən mükafatlandırılması nəzərdə tutlmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]