ONKOLOJİ XƏSTƏLİKLƏRİN İNKİŞAFINA 9 AMİL TƏSİR GÖSTƏRİR
Bu amillər arasında artıq çəki, rasionda lazımi miqdarda meyvə və tərəvəzin olmaması, fiziki fəallığın yoxluğu, siqaretçəkmə, alkohol qəbulu, təhlükəli cinsi əlaqə, yaşayış məntəqələrində havanın çirklənməsi, evlərdə kömürün yandırılmasından havanın çirklənməsi, tibbi prosedurlar zamanı yoluxma göstərilmişdir.
2001-ci ildə dünyanın 7 müxtəlif regionunda 7 milyon adam onkoloji xəstəliklərdən vəfat etmiş, hər üç ölüm halından biri bu 9 amillə bağlı olmuşdur. Məsələn, siqaretçəkmə xəstələrin 21 faizinin ölümünə səbəb olmuşdur.
Ölkədə rifah halı yüksək olduqca, sadalanan amillərin təsiri nəticəsində ölənlərin sayı da azalır. Əhalinin gəlirlərinin yüksək olduğu ölkələrdə xərçəng xəstəliyindən 760 min adam vəfat etmişdir ki, bu zaman başlıca risk amilləri siqaretçəkmə, alkohol və artıq çəki olmuşdur. Dünyanın aşağı və orta gəlirli regionlarında, o cümlədən keçmiş SSRİ respublikalarında 9 amil 1,67 milyon insanın ölümünə təsir göstərmişdir. Siqaretçəkmə, alkohol və rasionda meyvə-tərəvəzin olmaması, qadınlar üçünsə təhlükəli cinsi əlaqə xüsusilə qorxuludur. Sonuncu amil insan papillomlarının viruslarla yoluxmasına gətirib çıxarır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]