OPEC-in tədbirində “COP29-dan COP30-a doğru” mövzusunda panel müzakirəsi keçiriləcək
Vyana, 9 iyul, AZƏRTAC
Vyanada keçirilən 9-cu OPEC Beynəlxalq Seminarı çərçivəsində “COP29-dan COP30-a doğru” adlı yüksəksəviyyəli panel müzakirəsi təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, iyulun 10-da keçiriləcək paneldə Azərbaycan Respublikası Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev və COP30-un Prezidenti, braziliyalı səfir Andre Korrea do Laqo çıxış edəcəklər.
Qeyd edək ki, “Birgə yol xəritəsi: Qlobal enerjinin gələcəyi” mövzusunda keçirilən 9-cu OPEC Beynəlxalq Seminarında AZƏRTAC rəsmi media tərəfdaşı kimi iştirak edir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana