Orkestr Petr Aydunun eksperimental simfoniyasını dirijorsuz ifa edib
Bakı, 16 dekabr, AZƏRTAC
XX əsrin əvvəllərində Moskvada yaradılmış “Persimfans” adlı dirijorsuz ilk simfonik orkestr bəstəkar, pianoçu və media rəssamı Petr Aydunun yaratdığı eksperimental simfoniyanı ifa edib. Eyni zamanda, “Ultima Yandex Go” maşınları solist qismində çıxış edib, müğənni və aktrisa Yan Qe isə vokal hissəyə cavabdeh olub.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bəstəkar planını belə izah edib: “Bu, Çin ənənəvi musiqisinin və kontinental Avropanın klassik alətlərinin mühərrikinin dərinliyində doğan səslərin dialoqudur. Yüksək texnologiyalar dövründə qədim mədəniyyətlərin qarşılaşması avtomobili sənət əsərinə çevirir”.
Beynəlxalq müsabiqələr laureatı Petr Aydu virtuoz pianoçudur. Onun bacarıq və ifa diapazonu heyrətamizdir: barokko musiqisindən tutmuş müasir bəstəkarlara, ən gözəl əsərlərin incə ifasından tutmuş, demək olar ki, sirk mürəkkəbliyi olan əsərlərə qədər. Bu əsərlər iki əllə iki pianoda ifa edilir. Petr Aydu Rusiyada son on ildə akustik səslə bağlı baş verən yeni və canlı hər bir prosesdə iştirak edir. Moskva Konservatoriyasının fortepiano və orqan ixtisası üzrə məzunu olan istedadlı gənc, həm də memar, arxeoloq və səs rəssamıdır: o, musiqilərini klavesin və royaldan tutmuş hammer-klavierinə və uda qədər bir çox alətlərdə ifa edir. Onun maraq dairəsi nadir paleoların yenidən yaradılmasıdır. Petr Aydu XVIII əsr dərsliyindən istifadə edərək, fransız rəqs musiqisini, dirijorsuz eksperimental orkestri, Popovun səs cihazlarını - tufanlarla “danışan” böyük və təsiredici canavarları, qatarlar və döyüş təyyarələrini canlandırır.
Dirijorsuz ilk simfonik orkestr olan “Persimfans” 1922-ci ildə yaradılıb və 1933-cü ilə qədər mövcud olub. XXI əsrdə onu ifaçılıq üzrə tarixi informasiyaya, müasir musiqi və bəstəkarlığa aludə olan Petr Aydu yenidən canlandırıb. Aydunun yaradıcılıq axtarışları onu musiqi və incəsənətin, musiqi və teatrın kəsişməsində layihələr yaratmağa sövq edib. O, buna görə “Qızıl maska” mükafatına və Sergey Kuryoxin mükafatının Qran-Prisinə layiq görülüb.