Ötən gün 12 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Bakı, 23 iyul, AZƏRTAC
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 22-də ümumi çəkisi 12 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,4 kiloqrama yaxın heroin, 5,3 kiloqram marixuana, 4,3 kiloqramdan artıq metamfetamin, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 93 ədəd çətənə kolu olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 16.06.2026 [18:23]
Dövlət Yanğından Mühafizə Xidməti növbəti “Açıq qapı” günü təşkil edib
- 16.06.2026 [17:42]