Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb
Bakı, 16 dekabr, AZƏRTAC
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, dekabrın 15-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 ədəd avtomat, 2 qumbara, 5 ədəd patron darağı, 637 ədəd müxtəlif çaplı patron və 40 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.
Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat və 6 tüfəng götürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [13:42]
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib
- 07.10.2026 [13:17]