Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 229 yoluxma faktı qeydə alınıb
Bakı, 25 sentyabr, AZƏRTAC
Sentyabrın 18-dən 24-dək Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 229 yoluxma faktı qeydə alınıb, 132 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, ötən həftə analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 832 min 809 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 822 min 263 nəfər müalicə olunaraq sağalıb, 10 min 321 nəfər vəfat edib. Aktiv xəstə sayı 225 nəfərdir.
Son həftədə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 729, bu günə qədər isə ümumilikdə 7 milyon 684 min 217 test icra olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [18:20]
Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb
- 01.10.2026 [18:16]
“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb
- 01.10.2026 [18:15]
Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib
- 01.10.2026 [17:19]