Ötən həftə Liviya sahillərində 872 miqrant saxlanılıb
Bakı, 23 iyul, AZƏRTAC
Son bir həftə ərzində Liviya sahillərində 872 miqrant saxlanılaraq geri qaytarılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb. Bildirilib ki, miqrantlardan 20-si uşaqdır.
Beynəlxalq Miqrasiya Təşkilatının bəyanatında iki miqrantın cəsədinin çıxarıldığı qeyd edilib. Təşkilatın məlumatına görə, bu il ümumilikdə 11 min 335 miqrant saxlanılıb, 400-ü ölüb, 494-ü isə Liviya sahillərində itkin düşüb.
2023-cü ildə tutularaq geri qaytarılan miqrantların ümumi sayı 17 min 190 nəfər olub.
Xatırladaq ki, 2011-ci ildə Qəddafinin devrilməsindən sonra Liviyada yaranan xaos Afrikadan olan bir çox miqrantı Avropa sahillərinə çatmaq üçün Aralıq dənizini keçməyə sövq edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:24]
Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
- 16.06.2026 [12:16]
Daşkənddə V Beynəlxalq İnvestisiya Forumu işə başlayıb
- 16.06.2026 [12:08]
Putin RF Dövlət Dumasına seçkilərin vaxtını təyin edib
- 16.06.2026 [12:03]
Konqoda Ebola virusuna yoluxanların sayı 808 nəfərə çatıb
- 16.06.2026 [11:59]
Moskva ilin əvvəlindən bəri ən kütləvi dron hücumuna məruz qalıb
- 16.06.2026 [11:53]