Ötən iki ayda 400-dən çox yol-nəqliyyat hadisəsi qeydiyyata alınıb
Bakı, 19 dekabr, AZƏRTAC
Ötən iki ay ərzində Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarında quraşdırılmış videomüşahidə kameraları vasitəsi ilə 400-dən çox yol-nəqliyyat hadisəsi qeydiyyata alıb ki, bunun da böyük hissəsi maddi ziyanla və bəzən xəsarətlə nəticələnən qəzalardır.
Bu barədə DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib.
Qeyd edilib ki, aparılan müşahidələrə əsasən, hadisələrin əsas səbəbi ara məsafəsinə düzgün əməl edilməməsi, sürət həddinin aşılması, yol nişanlarının tələbinin pozulması və sürücü diqqətsizliyidir. Günün müxtəlif vaxtlarında baş vermiş qəzalar nəqliyyat vasitələrinin sərbəst və fasiləsiz hərəkət etməsinə mane olaraq yollarda sıxlığa səbəb olur.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bir daha sürücüləri yollarda son dərəcə diqqətli olmağa və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etməyə çağırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:21]
Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib
- 16.10.2026 [17:59]
ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
- 16.10.2026 [17:57]
TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib
- 16.10.2026 [17:47]