Ötən il Lerik rayonunun ümumtəhsil müəssisələrinin 105 məzunu tələbə adını qazanıb
Bakı, 28 iyun, AZƏRTAC
2020-ci ildə Lerik rayonunun ümumtəhsil müəssisələrini 395 şagird bitirib və onların 389 nəfəri buraxılış imtahanında iştirak edib. Ümumilikdə 390 nəfər attestat alıb.
AZƏRTAC Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, attestat alanların 63.33 faizi (247 nəfəri) I-IV qruplar üzrə qəbul imtahanlarında iştirak edib, 53.59 faizi (209 nəfəri) isə buraxılış imtahanlarının nəticələri əsasında V qrupa daxil olan ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün ərizə verib. Ümumilikdə attestat alanların 74.36 faizi (290 nəfəri) ali təhsil müəssisələrinə qəbul kampaniyasında iştirak edib.
Qəbul imtahanlarının nəticələrinə əsasən rayonun 105 məzunu (imtahanlarda iştirak edənlərin 36.21 faizi) tələbə adını qazanıb. Onların 55.24 faizi (58 nəfəri) dövlət, 1.90 faizi (2 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 33.33 faizi (35 nəfəri) dövlət, 9.52 faizi (10 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul olub.
Qəbul imtahanlarında rayonun 36 məktəbinin məzunları iştirak edib. Bu məktəblərdən Hamarat kənd, Siyov kənd, Biləvər kənd, Blaband kənd və Bülüdül kənd tam orta məktəblərinin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [11:53]
İsa Həbibbəyli: Yaşıl sivilizasiya yeni inkişaf mərhələsinin əsasını qoyur
- 15.10.2026 [11:16]
Ekoloji təhlükəsiz şəhərlər üçün innovativ həllər: Beynəlxalq elmi simpozium
- 15.10.2026 [10:59]
Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatı əldə edib
- 15.10.2026 [10:59]
AzTU-nun müəllimi Macarıstan universitetində tələbələrə mühazirə oxuyub
- 15.10.2026 [10:47]
ADAU-da əcnəbi tələbələrə hüquq və vəzifələri barədə məlumat verilib
- 15.10.2026 [10:32]
AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir
- 14.10.2026 [19:41]