Ötən sutka 18 halda yanğına çıxış olub
Bakı, 9 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 18 halda yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma, 1 partlayış və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, partlayışın nəticələrinin çevik aradan qaldırılması və insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində ikisi azyaşlı olmaqla dörd nəfər xilas olunub. Dörd nəfər tüstüdən yüngül zəhərlənib, üç nəfər yüngül bədən xəsarətləri alıb, avtoqəza nəticəsində bir nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:25]
İqor Sergeyenko: AQEM-in tamhüquqlu təşkilata çevrilməsini dəstəkləyirik
- 15.10.2026 [14:09]
Vanq Yin: Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir
- 15.10.2026 [14:08]