“OZAN” AZƏRBAYCAN HAQQINDA HƏQİQƏTLƏRİ YAYIR
Mərkəzin rəhbəri Rafael Quliyev AZƏRTAC-ın müxbirinə demişdir ki, məqsədimiz ümummilli liderimiz Heydər Əliyevin azərbaycançılıq ideologiyasının təbliğinə töhfə verməkdir. Müstəqil Azərbaycanın iqtisadi uğurları, ölkə rəhbərliyinin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində gördüyü işlər, beynəlxalq maliyyə qurumları ilə birgə reallaşdırılan layihələr barədə məlumatı geniş ictimaiyyətə çatdırır, tarixi düşmənlərimizin Vətənimizin nüfuzuna xələl gətirən uydurmalarını ifşa edirik. Çelyabinsk vilayəti ilə Azərbaycan arasında iqtisadi əlaqələrə də diqqət yetirilir. Gördüyümüz işləri qubernator da dəstəkləmiş və Azərbaycanın müvafiq orqanlarına məktub göndərmişdir. Bu ilin birinci rübündə vilayətin iş adamları Bakıya səfər edəcəklər. Aylıq “Ozan” qəzeti fəaliyyətimizin səmərəsini daha da artırır. Rus dilində çap etdirdiyimiz “Dostluğun ipək yolu” kitabında xalq diplomatiyası mövzusuna geniş yer verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
- 08.09.2026 [16:45]