Azərbaycan Dövlət İnformasiya Agentliyi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev - Özbəkistanın və islahatların başında yeddi il

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev - Özbəkistanın və islahatların başında yeddi il

Bakı, 20 dekabr, AZƏRTAC

Dekabrın 14-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dost və qardaş ölkənin dövlət başçısı vəzifəsinə seçilməsinin yeddi ili tamam olub.

AZƏRTAC Özbəkistanın Azərbaycandakı səfirliyinin bu münasibətlə hazırladığı məlumatı təqdim edir.

Dekabrın 14-də Özbəkistanda əlamətdar tarix qeyd edilib - Şavkat Mirziyoyevin ölkənin ikinci prezidenti kimi vəzifəyə başlamasının 7 illiyi tamam olub. O, 2016-cı ildə bu missiyanı öz üzərinə götürüb. Bu illər onun rəhbərliyi altında genişmiqyaslı islahatlarla səciyyələnən əhəmiyyətli dəyişikliklər dövrünə çevrilib.

Şavkat Mirziyoyevin strateji baxışı Özbəkistanın dünya iqtisadiyyatına səmərəli inteqrasiya etməsi və ölkənin beynəlxalq aləmdə mövqelərinin möhkəmləndirilməsinə imkan verdi. Diqqətəlayiqdir ki, Özbəkistanda qonşu Mərkəzi Asiya ölkələri ilə münasibətlərdə nəzərəçarpacaq yaxşılaşma, eləcə də Çin, Avropa İttifaqı, ABŞ kimi dünyanın ən böyük və qüdrətli ölkələri ilə əlaqələrin möhkəmlənməsi müşahidə olunur. Bu diplomatik və iqtisadi uğurlar davamlı və uzunmüddətli inkişaf üçün əsas yaratmaqla yanaşı, Özbəkistanın müasir cəmiyyətin formalaşması istiqamətində irəliləməsi üçün möhkəm zəmin formalaşdırıb.

Şavkat Mirziyoyevin gəncliyi və təhsili

Hazırda 66 yaşında olan Şavkat Mirziyoyev sadə bir ailədə anadan olub və öz zəhməti ilə uğur qazanıb. Erkən həyatı Özbəkistanın ürəyi hesab olunan Cizzax (Jizzakh) vilayətində, xüsusi imtiyazlara malik olmayan bir ailədə keçib. Valideynləri yerli xəstəxanada çalışıblar. Bu mühit Ş.Mirziyoyevin xarakterini formalaşdırıb, çünki onun şəxsiyyətinin formalaşması illəri kənd şəraitində keçib.

Orta məktəbi bitirdikdən sonra Ş.Mirziyoyev təhsilini Daşkənd İrriqasiya və Kənd Təsərrüfatı Mexanizasiya Mühəndisləri İnstitutunda davam etdirib və burada elmlərə maraq göstərib. Bu təhsil trayektoriyası onun peşə həyatında bir addım olub və onu elmi karyeraya aparıb.

O, bu sahəyə əhəmiyyətli töhfələr vermək üçün elmi bilik və təcrübəsindən istifadə edərək, Özbəkistan iqtisadiyyatında mühüm yer tutan kənd təsərrüfatı sahəsində ixtisaslaşıb. 1988-ci ildə mühəndislik üzrə fəlsəfə doktoru alimlik dərəcəsini alması onun akademik reputasiyasını daha da gücləndirərək sonrakı dövrdə siyasi arenaya yüksəlişinə zəmin yaratdı.

Sovet İttifaqı dağılmasaydı, çox güman ki, Ş.Mirziyoyev görkəmli elmi karyera yolunu davam etdirərdi. Onun xüsusilə pambıqçılıq və suvarma sahəsindəki təcrübəsi elmi sahədə getdikcə əhəmiyyət kəsb edirdi. Lakin Sovet İttifaqının dağılması nəticəsində geosiyasi dəyişiklik onun üçün yeni imkanlar açdı. Təhsil aldığı müddətdə qazandığı bilik və təcrübə onun sonrakı inzibati və siyasi fəaliyyətində əvəzsiz oldu. Kənd təsərrüfatı və suvarma sahəsindəki təcrübəsi onun idarəetmənin təşkilində yanaşmasının əsası olmaqla yanaşı, həm də təşəbbüsləri üçün möhkəm zəmin yaradaraq, mürəkkəb vəziyyətlərdə səmərəli şəkildə hərəkət etməyə və dövlət qulluğunda çalışdığı müddətdə bu sektorlarda yaranan problemləri həll etməyə imkan verib.

Mirziyoyevin siyasi karyerasının ilk illəri

Şavkat Mirziyoyev 1990-cı ildə - siyasi fəaliyyətinin başlanğıc mərhələsində Özbəkistan Ali Sovetinin deputatı seçilir. Bu əsas rol ölkə tarixində dönüş nöqtəsinə təsadüf edir. Cəmi iki il sonra - Özbəkistan müstəqilliyini elan etdikdən sonra Daşkəndin Mirzə-Uluqbek rayonunun hakimi (icra başçısı) vəzifəsinə təyin olunur. Mirziyoyevin bu vəzifədəki liderliyi onun ölkənin siyasi həyatında artan nüfuzunun sübutu idi.

Mirziyoyev 1996-2001-ci illərdə doğulduğu Cizzax vilayətinin hakimi (icra başçısı) vəzifəsində çalışıb, burada yerli idarəetmədə fəal iştirak edib. Bu dövr regional inkişafa istiqamətlənmə və yerli əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına diqqət yetirilməsi ilə əlamətdar olub. 2001-2003-cü illərdə əhalinin sıx məskunlaşdığı Səmərqənd vilayətinin hakimi vəzifəsini öz üzərinə götürəndə onun tərəqqi arzusu daha da aydın oldu. Mirziyoyevin bu vəzifələrdə çalışması onun mürəkkəb inzibati vəzifələrin öhdəsindən gəlmək bacarığını və regional inkişafın stimullaşdırılmasına sadiqliyini nümayiş etdirdi.

Şavkat Mirziyoyevin yüksək vəzifələrə ucalması

Şavkat Mirziyoyevin inzibati vəzifələrdə mühüm nailiyyətləri onun Özbəkistandakı ən əhəmiyyətli siyasi rollardan birinə yüksəlməsinə yol açdı - 2003-cü il dekabrın 12-də ölkənin Baş naziri təyin edildi. Bu vəzifədə Mirziyoyev siyasətin idarə edilməsi və həyata keçirilməsi məsələlərində yüksək qabiliyyətini nümayiş etdirdi. O, 13 ilə yaxın bu vəzifədə çalışıb və bu müddət ərzində ölkənin siyasi və iqtisadi landşaftının formalaşmasında həlledici rol oynayıb, bununla da Özbəkistanın siyasi arenasında bacarıqlı və uzaqgörən lider kimi nüfuzunu möhkəmləndirdi.

Özbəkistanın ilk Prezidenti İslam Kərimovun 2016-cı ildə vəfatından sonra Şavkat Mirziyoyev ölkə rəhbərliyinin dəyişdirilməsi prosesində önəmli şəxs oldu. Özbəkistana 25 il ərzində rəhbərlik edən İ.Kərimovun vəfatı mühüm dönüş nöqtəsinə çevrildi. Prezident seçkilərində 88,61 faiz səs toplaması Ş.Mirziyoyevə güclü ictimai dəstəyin və etimadın göstəricisi idi. 2016-cı il dekabrın 14-də rəsmi olaraq prezident vəzifəsinin icrasına başlayan Ş.Mirziyoyev Özbəkistan siyasətində yeni dövrün başlanmasını və potensial olaraq İ.Kərimovun onilliklər boyu hakimiyyətindən sonra ölkənin kursunun dəyişməsinə işarə etdi.

“Mən Özbəkistanın müstəqilliyinin, 36 milyondan çox xalqımızın dinc və firavan həyatının təmin edilməsi üçün bu gün nə dərəcədə böyük şəxsi məsuliyyət daşıdığımı bütün qəlbimlə, bütün canımla hiss edirəm. Bu yüksək etimada görə çoxmillətli, mərd və müdrik xalqımıza övlad məhəbbəti və sədaqəti ilə baş əyirəm”, - deyə Şavkat Mirziyoyev 2023-cü ildə yenidən prezident seçildikdən sonra bildirib.

Özbəkistanda olduqca böyük ehtiyac duyulan islahatlar dövrü

Özbəkistan Prezidenti seçildikdən sonra Şavkat Mirziyoyev ölkədə genişmiqyaslı sosial islahatlar və iqtisadiyyatın liberallaşdırılması ilə müşahidə olunan transformasiya yoluna başladı. Onun prezidentliyi şəffaflığın artırılmasına, idarəetmənin təkmilləşdirilməsinə, mətbuat azadlığının genişləndirilməsinə və insan hüquqlarına xüsusi diqqət yetirilməsinə yönəlmiş bir sıra mühüm tədbirlərlə yaddaqalan oldu.

Ş.Mirziyoyev administrasiyası gender bərabərliyini təşviq edən və ədalət mühakiməsinə daha geniş çıxışı təmin edən qanunların işlənib hazırlanmasına və qəbul olunmasına xüsusi diqqət yetirir. Bundan əlavə, onun hökuməti uşaq və məcburi əmək, xüsusən də pambıq sənayesində uzun müddətdir davam edən problemlərə qarşı qətiyyətli mövqe tutdu və bu praktikanı tamamılə ləğv etdi.

Mirziyoyev qarşısına iddialı iqtisadi məqsədlər qoyub, Özbəkistanda biznes mühitini yaxşılaşdırmaq üçün davamlı olaraq çalışıb. Bu, ona Almaniya, Fransa və Çin də daxil olmaqla qabaqcıl ölkələrdən milyardlarla dollar həcminə xarici investisiyanın cəlb olunmasına kömək edib.

“İlk növbədə, biz əvvəllər investorların Özbəkistan bazarına daxil olmasına və öz fəaliyyətlərini sərbəst həyata keçirməsinə maneə törədən bütün əngəlləri aradan qaldıraraq, sahibkarlıq üçün əlverişli şərait yaratmağa başladıq”, - deyə Prezident Şavkat Mirziyoyev 2022-ci ildə təşkil edilən investisiya forumunda deyib.

Diplomatik cəbhədə Mirziyoyev Özbəkistanın qlobal siyasi mövcudluğunu əhəmiyyətli dərəcədə gücləndirib, Mərkəzi Asiya regionundakı qonşuları, eləcə də həm Şərqin, həm də Qərbin bir çox böyük ölkələri ilə münasibətlər qurub.

“Səmərəli beynəlxalq qarşılıqlı əlaqə dünyanı daha davamlı, proqnozlaşdırıla bilən və firavan edir. Bu, dövrümüzün ümumi problemlərinin həlli üçün ən real, əlçatan və yaxın yoldur və gələcək çağırışlardan, şoklardan sığortalanmanın universal polisidir”, - deyə Şavkat Mirziyoyev 2022-ci ildə dərc olunmuş məqaləsində yazıb.

Şavkat Mirziyoyevin rəhbərliyi ilə yeni islahatlar

2023-cü ilin iyul ayında Özbəkistan lideri xalqın 87 faiz səsini toplayaraq yenidən yeddi illik müddətə prezident seçildi və bu, onun iddialı islahatlarının davam etdirilməsi üçün zəmin yaratdı. Ötən illərdə və hazırda aparılan islahatlar Özbəkistanın sosial-iqtisadi landşaftının dəyişməsində mühüm rol oynayıb və ölkənin inkişafında yeni dövrün başlanğıcı olub.

Hazırda “Özbəkistan-2030” strategiyasına uyğun olaraq, ölkə 2030-cu ilə qədər ümumi daxili məhsulun həcmini iki dəfə artırmağı hədəfləyir və əhalinin sayının artmasına hazırlaşır.

“Aparılan ardıcıl islahatlar nəticəsində Özbəkistan iqtisadiyyatı qlobal çağırışlara baxmayaraq, sabit artım tempi nümayiş etdirməkdədir. Son altı ildə ümumi daxili məhsulun həcmi bir yarım dəfədən çox artmışdır. Bizim əsas məqsədimiz 2030-cu ilə qədər bu göstəricini iki dəfə artırmaqdır”, - Mirziyoyev 2023-cü ilin sentyabrında BMT Baş Assambleyasında çıxışında bildirib.

Özbəkistanın yaşıl enerjisinin gələcəyi

Özbəkistan qlobal inkişaf gündəmində ön sıralarda yer alan iqlim problemlərinin həlli istiqamətində də fəal işləyir. Bunlara dənizə çıxışı olmayan bu Mərkəzi Asiya ölkəsində alternativ enerji mənbələrinin inkişafı və su təchizatı problemlərinin həlli kimi yaşıl təşəbbüslər daxildir. Ölkə bərpaolunan enerji mənbələrinə mərhələli şəkildə keçdikcə günəş enerjisi layihələrinin inkişaf etdirilməsi və həm şirkətlər, həm də əhali üçün enerjiyə qənaət təşəbbüslərinin təşviqi zamanı yaşıl enerji təşəbbüslərinə xüsusi diqqət yetirilir.

2023-cü il dekabrın 1-də Dubayda keçirilən COP28 iqlim dəyişikliyi konfransında çıxış edən Prezident Şavkat Mirziyoyev ölkəsinin 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin payını 40 faizə çatdırmağı hədəfləyən iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyini bir daha təsdiqlədi.

“Yaşıl” iqtisadiyyata keçid və karbon neytrallığına nail olmaq Yeni Özbəkistanın prioritet strateji məqsədidir. Son illərdə ölkəmizdə alternativ enerjinin payı iki dəfə artmışdır... “Yaşıl” hidrogenin istehsalı layihəsinin həyata keçirilməsi üzrə ilk praktiki addımlar atılmışdır”, - deyə Mirziyoyev Dubayda keçirilən COP28 konfransında bildirib.

Dövlət başçısı, həmçinin qeyd edib: “Biz yalnız birgə səylərimizlə və geniş beynəlxalq müstəvidə əməkdaşlıq etməklə iqlim dəyişikliyinə effektiv şəkildə müqavimət göstərə biləcəyik”.

Özbəkistanda davam edən dəyişikliklər

Prezident Şavkat Mirziyoyevin bu ali dövləti vəzifəyə seçilməsinin yeddinci ildönümü tamam oldu və onun bu vəzifədə olması Özbəkistanda əhəmiyyətli dəyişikliklər dövrünü simvolizə edir. Onun rəhbərliyi milli iqtisadiyyatın yeni sektorlara və innovasiyalara şaxələndirilməsində mühüm rol oynayıb. Bu iqtisadi irəliləyiş Özbəkistanın dünya miqyasında rolunu artıraraq daha möhkəm və müxtəlif beynəlxalq əlaqələrin inkişafı ilə müşayiət olunur.

Ş.Mirziyoyevin Prezidentliyi dövründə Özbəkistan vətəndaşlarının gündəlik həyatında da əhəmiyyətli irəliləyişlər baş verib. Onun administrasiyası daha firavan və müasir cəmiyyətə gedən yolda irəliləyişi əks etdirən sosial islahatlara, səhiyyəyə, təhsilə və infrastrukturun inkişafına xüsusi diqqət yetirir. Bütövlükdə, Mirziyoyevin prezidentliyi Özbəkistanın tarixində dönüş nöqtəsi olmaqla yanaşı, həm də onun gələcək inkişafı üçün perspektivli trayektoriya müəyyən edir.

“Biz Yeni Özbəkistanın hüquqi, dünyəvi, demokratik və sosial dövlət kimi qurulması siyasətini qətiyyətlə davam etdiririk”, - deyə Mirziyoyev BMT-dəki çıxışında deyib.

Özbəkistan Prezidenti, həmçinin bildirib: “Ölkəmiz “İnsanın şərəf və ləyaqəti naminə” ideyasına əsaslanaraq, demokratiya və ədalət prinsiplərinin möhkəmləndirilməsinə yönəlmiş köklü islahatlar yolu ilə inamla irəliləyir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib