Özbəkistanda qaz hasilatı azalmaqda davam edir
Bakı, 24 iyul, AZƏRTAC
2024-cü ilin birinci yarısında Özbəkistanda təbii qazın hasilatı 1,2 milyard kubmetr azalıb.
AZƏRTAC xəbər verir ki, Özbəkistan mətbuatının Milli Statistika Agentliyinin hesabatına istinadla bildirdiyinə görə, yanvar-iyun aylarında 22,3 milyard kubmetr təbii yanacaq istehsal olunub, hərçənd 2023-cü ilin birinci yarısında ölkədə qaz hasilatının həcmi 23,5 milyard kubmetr təşkil edib.
“Özbəkneftqaz” SC məlumat xidmətinin məlumatına görə, cari ilin ilk altı ayında 43 quyu qazılıb. Ustyurt ərazisində dərin yura yataqlarının qaz potensialının öyrənilməsi məqsədilə Özbəkistanın qaz hasiletmə sahəsinin tarixində ilk dəfə olaraq “Nijni Surqil”, “Sarijol” və “Qərbi Nijni Surqil” yataqlarında 5500-6500 metr dərinlikdə yekun qazma mərhələsi aparılır.
Dörd ilkin qaz hazırlığı qurğusu tikilib istismara verilib. Təbii qazın sabit daşınmasının təmin edilməsi üçün 56,4 kilometr qaz borusu çəkilib.

Yanvar-iyun aylarında ölkədə 846,7 min ton karbohidrogen xammalı emal edilib, təxminən 526 min ton avtobenzin və 307,6 min ton dizel yanacağı istehsal olunub. Bu dövr ərzində 333 min tondan çox mayeləşdirilmiş qaz istehsal olunub ki, bu da proqnozlaşdırılmış həcmdən 9,7 faiz çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]