Özbəkistanda uşaq hüquqlarının müdafiəsi üzrə ombudsman institutu yaradılır
Daşkənd, 23 iyun, АZƏRTAC
Özbəkistanda uşaq hüquqlarının müdafiəsi üzrə ombudsman institutu yaradılır.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev sənəd imzalayıb.
Ombudsman uşaq hüquqlarının müdafiəsi ilə bağlı qanunların yerinə yetirilməsi istiqamətində monitorinq aparacaq. Sənəddə bildirilir ki, 14 yaşı tamam olan uşaq valideynlərindən ayrı yaşayırsa, aliment almaq üçün onlara qarşı iddia irəli sürə bilər.
Ombudsman institutu valideynlərini itirən və ya bu və ya digər səbəbdən valideynlərindən imtina edən uşaqların sosial müdafiəsi üçün lazimi tədbirlər görəcək, bununla bağlı hökumətə təkliflər təqdim edəcək.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [13:08]
Ər-Riyadda Məkkə Müdafiə Sazişi çərçivəsində komitə iclası təşkil olunub
- 05.10.2026 [12:57]
Yəmən ordusu: Bab-əl-Məndəb ətrafındakı ərazi husilərdən təmizlənib
- 05.10.2026 [12:44]
İtaliyada minlərlə fermer etiraz aksiyası keçirib
- 05.10.2026 [12:29]
Avropada qaz anbarlarının doluluq nisbəti 72,4 faizdir
- 05.10.2026 [12:06]