Özbəkistanın “Kitob dunyasi” qəzeti Azərbaycanla bağlı yazılar dərc edib
Daşkənd, 28 iyul, AZƏRTAC
Daşkənddə özbək dilində çap edilən “Kitob dunyasi” qəzetində Azərbaycan mövzusunda materiallar yer alıb.
AZƏRTAC xəbər verir ki, qəzetin birinci səhifəsində Azərbaycanın Xalq şairi Musa Yaqubun həyat və yaradıcılığı haqqında geniş məqalə çap olunub.
Qəzetdə şairlər Afaq Şıxlının, Təranə Turan Rəhimlinin şeirləri dərc edilib.
Nəşrin növbəti nömrəsində Əkbər Qoşalının “Özbəkistan” şeri və Fərid Hüseynin “Xivə dəftəri” silsiləsindən şeirləri də yerləşdirilib.
Şeirləri orijinaldan Raxmat Bobojon, Şəhla Qasımova, Şermurod Subhon və Marufjon Yuldaşev tərcümə ediblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd