Özbəkistanın “Şərq ulduzu” ədəbi jurnalında Anar haqqında məqalə yer alıb
Daşkənd, 16 mart, АZƏRTAC
Daşkənddə özbək dilində çap edilən “Şərq ulduzu” ədəbi jurnalı Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar haqqında geniş məqalə çap edib.
AZƏRTAC xəbər verir ki, Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin dosenti Adxambek Alimbekovun yazdığı materialda Anarın həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verilir, böyük həcmli əsərləri təhlil olunur.
Yazıda Anarın Daşkənddə çap olunan kitablarından da söhbət açılır, qeyd edilir ki, yazıçının “Mən, sən, o və telefon” və “Qirmızı limuzin” kitabları özbək dilində işıq üzü görüb və uğur qazanıb.
Bildirilir ki, Anarın əsərlərini özbək dilinə Usman Kuçkar, Babaxan Şərif, Mamatkul Xazratkulov, Feyzi Şahismayıl, Rüstəm Cabbarov, Erkin Usmanov və digər tərcüməçilər çevirib.
Xatırladaq ki, jurnalda vaxtaşırı Azərbaycan şair və yazıçılarının əsərləri çap olunur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:18]
Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi
- 07.10.2026 [17:07]
Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək
- 07.10.2026 [16:27]
İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir
- 07.10.2026 [15:34]